Korporativ maliyyə
Fandreyzinq (1)
Birləşmələr və Satınalmalar
Biz müştərilərimizin strateji ehtiyaclarını ödəmək üçün hazırlanmış hərtərəfli birləşmələr və satınalmalar (M&A) xidmətlərinin təmin edilməsində ixtisaslaşmışıq. Bizim peşəkar olduğumuz sahələrə strateji məsləhət, qiymətləndirmə, sövdələşmələrin strukturlaşdırılması, inteqrasiyanın planlaşdırılması, aktivlərin xaricolması ilə bağlı məsləhətləşmələr və normativlərə uyğunluq daxildir.
Səhmlər üzrə fandreyzinq
Dərin sənaye biliklərimizdən və geniş şəbəkəmizdən istifadə edərək, müştərilərimizin inkişaf hədəflərini dəstəkləmək üçün lazımi kapitalı təmin etməyə kömək edirik.
Borclar üzrə fandreyzinq/restrukturizasiya
Bazar dinamikası barədə məlumatlı olmaq və kreditorlarla güclü əlaqələr qurmaqla biz müştərilərimizə ən sərfəli şərtləri və optimal maliyyə strukturunu təmin etməyə kömək edərək, borcun maliyyələşdirilməsi prosesini başdan sona istiqamətləndiririk.
Əməliyyatların idarə edilməsi dəstəyi (1)
Maliyyə vəziyyətinin hərtərəfli təhlili
Müştərilərimizə riskləri azaltmaq, gizli dəyəri aşkar etmək və əməliyyatları inamlı şəkildə idarə etmək imkanı verən dəyərli ideyalar və icra edilə bilən tövsiyələr təqdim edirik.
Kommersiya fəaliyyətinin hərtərəfli təhlili
Müştərilərin hədəflərinin bazar mövqeyini və potensial birgə fəaliyyət fürsətlərini hərtərəfli müəyyənləşdirmələri üçün bazar dinamikasını, rəqabət mühitini, müştərilərin fikirlərini və sənaye tendensiyalarını hərtərəfli qiymətləndiririk.
İstiqraz/Sekyuritizasiya/Sukuk
Biz dəyərin maksimuma çatdırılması və riskin minimuma endirilməsinə xüsusi diqqət yetirərək, istiqraz/sekyuritizasiya/sukuk prosesini dəstəkləmək üçün mürəkkəb maliyyə strukturları haqqında dərin biliklərimizdən yararlanırıq.
Maliyyə təhlili
Gəlir/Xərclərin optimallaşdırılması
Biz müştərilərimizin maliyyə göstəricilərini artırmaq üçün nəzərdə tutulmuş gəlir və xərclərin optimallaşdırılması strategiyaları üzrə peşəkarlıq nümayiş etdiririk. Bizim yanaşmamız təkmilləşdirmə və səmərəliliyin artırılması imkanlarını müəyyən etmək üçün gəlir axınlarının, xərc strukturlarının və proseslərin təhlilini əhatə edir.
Dövriyyə kapitalının idarə edilməsi
Pul vəsaitlərinin hərəkəti dövrlərinin təhlili vasitəsilə biz istifadə olunmayan kapitalın üzə çıxarılması, pul vəsaitlərinin hərəkətini yaxşılaşdırmaq və müştərilərimizin biznesinin ümumi vəziyyətini yaxşılaşdırmaq üçün məlumatlara əsaslanan anlayışlar və strateji tövsiyələr təqdim edirik.
Biznes plan, proqnozlaşdırma və ssenarinin qiymətləndirilməsi
Biz müştərilərimizə uğurlu biznes planları hazırlamaqda, gələcək performansı proqnozlaşdırmaqda və strateji qərarların qəbulunu dəstəkləmək üçün ssenari təhlili aparmaqda kömək edir, bir sözlə, müştərilərə inkişaf və dayanıqlıq üçün aydın yol xəritəsi təqdim edirik.
(1) Bizim təklifimiz maraqların toqquşması nəzərə alınmaqla nəzərdən keçirilməlidir
Bazar araşdırması və strategiya
Bazar araşdırması
Əsas və ikinci dərəcəli bazar araşdırması
Sorğular, fokus qruplar və müsahibələr kimi üsullarla birbaşa mənbənin özündən məlumatların toplanması. Bu həm də birinci əldən araşdırma kimi də tanınır. İkinci dərəcəli bazar araşdırması dövlət qurumlarının hesabatları, akademik jurnallar və şirkət hesabatları kimi mövcud mənbələrdən məlumatların toplanmasıdır.
Ehtiyacların qiymətləndirilməsi və boşluqların təhlili
Bazar imkanlarının həcminin qiymətləndirilməsi və bazardakı boşluqların müəyyənləşdirilməsi bizneslər üçün çox vacibdir, çünki bu, təmin olunmayan tələb və potensial artım sahələrini müəyyən etməyə imkan verir.
Rəqabət mühitinin qiymətləndirilməsi
Güclü, zəif tərəflərini, bazar payını və gələcək planlarını müəyyən etmək üçün şirkətin rəqiblərinin qiymətləndirilməsi.
Əməliyyatların təhlili və konsepsiyanın formalaşdırılması
Təşkilatın strukturu
Bir şirkətin necə qurulduğu və təşkil olunduğunun müəyyənləşdirilməsi. Bu, hər bir şöbənin və işçinin vəzifə və öhdəliklərini və şirkətin məqsədlərinə çatmaq üçün birlikdə necə çalışdıqlarını müəyyənləşdirir.
İnfrastruktur və texnologiyanın qiymətləndirilməsi
Təkmilləşdiriləcək sahələri, xərclərə qənaət imkanlarını və səmərəliliyi və məhsuldarlığı artırmaq məqsədilə potensial təkmilləşdirmələri müəyyən etmək üçün şirkətin infrastruktur və texnologiyasının qiymətləndirilməsi.
Maliyyə əsaslandırması
Maliyyə modelinin yaradılması
Potensial layihənin təfərrüatlı və etibarlı maliyyə qiymətləndirməsini təmin edən hərtərəfli maliyyə modelinin yaradılması. Buraya gəlirlərin, xərclərin, dövriyyə kapitalının, CAPEX (Kapital xərcləri) tələblərinin və maliyyə strukturunun proqnozlaşdırılması daxildir.
İqtisadi səmərəliliyin və investisiyaların təhlili
Bir şirkətin, layihənin və ya investisiya imkanının onun iqtisadi səmərəliliyinin, investisiyanın gəlirlilik potensialının və potensial risklərin və mükafatların müəyyənləşdirilməsi üçün iqtisadi və maliyyə məlumatlarının təhlili və qiymətləndirilməsi.
Bazar risklərinin qiymətləndirilməsi
Şirkət, layihə və ya investisiya imkanları üçün potensial risklərin və potensial təhlükələrin müəyyənləşdirilməsi, təhlili və qiymətləndirilməsi. Və bu riskləri azaltmaq və ya idarə etmək üçün strategiyaların hazırlanması.
Vergi, təminat məsələləri üzrə məsləhət və komplayens
Vergi məsələləri üzrə komplayens xidməti (2)
Dəqiq formada vergi bəyannamələrini hazırlamaq və təqdim etmək, vergi qanunlarına riayət olunmasını təmin etmək, vergi auditi və cərimələrlə bağlı riskləri minimuma endirmək.
Vergi məsələləri üzrə məsləhət xidməti (2)
Müəssisələrə beynəlxalq vergi tələbləri, vergi strukturu və transfer qiymətləri ilə bağlı istiqamətləndirmə etmək üçün mütəxəssislər tərəfindən vergi məsələləri üzrə məsləhət xidmətləri.
Audit və Təminat Xidmətləri (2)
Dəqiqliyi və qaydalara uyğunluğu təmin etmək üçün maliyyə hesabatlarının və daxili nəzarətin müstəqil nəzərdən keçirilməsi və təsdiqlənməsi.
Mühasibat uçotu məsələləri üzrə məsləhət xidməti (2)
Mühasibat uçotu, maliyyə hesabatları və komplayens məsələləri üzrə mütəxəssis məsləhəti və istiqamətləndirməsi.
Mühasibat uçotu və hesabatların hazırlanması xidmətləri (2)
Maliyyə hesabatlarının tərtib edilməsi və saxlanılması.
Hüquqi şəxslərin yaradılması xidmətləri (2)
Yerli qanunlara və qaydalara riayət etməklə hüquqi şəxslərin yaradılması üzrə mütəxəssis dəstəyinin təmin edilməsi.
(2) Hər bir ölkənin standartlarına, qanunlarına və qaydalarına uyğun olaraq tənzimlənməlidir
İşçilər və təşkilatın inkişafı
İşəgötürmə, ixtisaslı kadrların işə cəlb edilməsi və “Head-Hunting” (yüksək vəzifəyə uyğun gələn yüksək potensiallı namizədlərin müəyyənləşdirilməsi)
Strateji planlaşdırma və həm aktiv, həm də passiv namizəd axtarışının həyata keçirilməsi yolu ilə vakansiyalara uyğun işçilərin tapılması üçün ən istedadları kadrların axtarılması və işə cəlb edilməsi.
İşçi qüvvəsinin planlaşdırılması və təşkilati dizayn
Təşkilatın məqsəd və hədəflərinə uyğun olan siyasət və prosedurların işlənib hazırlanması və həyata keçirilməsi, qanun və qaydalara uyğunluğun təmin olunması.
Performansı, səmərəliliyi və istedadlardan istifadəni optimallaşdırmaq üçün təşkilati strukturların, vəzifələrin və kadrların strateji planlaşdırılması və dizaynı.
Vəzifə və öhdəlikləri əks etdirən aydın və qısa vəzifə təlimatlarının yaradılması və ölçülə bilən əsas performans göstəricilərinin (KPIs) yaradılması.
Səriştə modeli arxitekturası
Təşkilat daxilində uğurlu olmaq üçün tələb olunan əsas bacarıqları, bilikləri və davranışları müəyyənləşdirmək məqsədilə fərdiləşdirilmiş səriştə modellərinin layihələndirilməsi və təkmilləşdirilməsi.
Dəyişikliklərin idarə olunması
Dəyişikliklərin fərdlərə, komandalara və təşkilatlara təsirini idarə etmək üçün strategiya və proseslərin müəyyənləşdirilməsi, uğurlu adaptasiyanın təmin edilməsi və dəyişikliyə qarşı müqavimətin minimuma endirilməsi.
Təlim və inkişaf proqramları
Təşkilatın məqsəd və hədəflərinə uyğun olaraq işçilərin bacarıqlarını və performansını artırmaq üçün təlim proqramlarının hazırlanması və həyata keçirilməsi.
İşçilərin bacarıqlarını, biliklərini artırmaq və performansını təkmilləşdirmək üçün təlim proqramlarının hazırlanması, təqdim edilməsi və qiymətləndirilməsi.
İR şöbəsinin hərtərəfli təhlili
Dəqiqliyi və qaydalara uyğunluğu təmin etmək üçün məşğulluq tarixçəsinin, kvalifikasiyaların və təcrübənin yoxlanılması. Təşkilat strukturunun/inkişafının, kompensasiyalar və müavinətlərin (com & ben) və ixtisaslı kadrların işə cəlb edilməsi strategiyasının qiymətləndirilməsi.
Ümumi mükafatlandırmanın idarə olunması sistemi
Əmək haqqı, bonuslar, səhmləri güzəştli qiymətə almaq hüququ və digər imtiyazlar da daxil olmaqla, işçilərin təzminat və müavinətlərini idarə etmək üçün nəzərdə tutulmuş hərtərəfli sistem. Ədalətli kompensasiya sistemini təmin etmək üçün işçilərin işin çətinlik dərəcəsinə, təcrübəsinə və performansına görə əmək haqqı aralıqları üzrə kateqoriyalara bölünməsi prosesi.
Daxili Nəzarət və Korporativ İdarəetmə
Daxili audit xidmətləri
Daxili Audit xidmətləri xüsusi şöbənin yaradılmasından başlayaraq, təkmilləşdiriləcək sahələrin müəyyən edilməsi və digər şöbələrlə əməkdaşlıq və xidmətlərin birgə həyata keçirilməsi (co-sourcing), yoxlanılacaq prosedurların müəyyən edilməsi və razılaşdırılması, keyfiyyət təminatı xidmətləri vasitəsilə siyasət və qaydalara riayət edilməsini təmin etmək və son olaraq keyfiyyət təminatının auditinin həyata keçirilməsinə qədər daxili auditin bütün mərhələlərini əhatə edir.
Daxili nəzarət xidmətləri
Qlobal miqyasda tanınan COSO Daxili Nəzarət — İnteqrasiya Modelini (ICIF) özündə birləşdirən müntəzəm təhlillər və qiymətləndirmələr vasitəsilə təşkilatın əməliyyatlarının dəqiqliyini, səmərəliliyini və effektivliyini təmin etmək.
Korporativ idarəetmə xidmətləri
Hesabatlılığı, şəffaflığı, məsuliyyətli qərarların qəbul edilməsini və davamlı inkişafı təmin edən hərtərəfli korporativ idarəetmə modelinin layihələndirilməsi və həyata keçirilməsi.
Siyasət və prosedurlar
Siyasət və prosedurlar üzrə təlimatların işləyib hazırlanması, nəzərdən keçirilməsi və saxlanılması. Qaydalara riayət olunmasını və standartlaşdırmanı təmin etmək üçün cari siyasət və prosedurların müqayisəsi və boşluqların təhlili.
Müəssisənin idarə olunması xidmətləri
Strateji planlaşdırma, proseslərin təkmilləşdirilməsi və dəyişikliklərin idarə edilməsi kimi xidmətlər vasitəsilə biznesin performansını gücləndirmək, səmərəliliyi artırmaq və riski azaltmaq üçün səmərəli idarəetmə, risklərin idarə edilməsi və komplayens həllərinin tətbiq edilməsi və saxlanılması.
Maliyyə pozuntularının istintaqı və Fırıldaqçılıq riskinin müəyyənləşdirilməsi sistemi
Mühasibat uçotu pozuntularının istintaqı, audit və risklərin qiymətləndirilməsi xidmətləri vasitəsilə fırıldaqçılıq fəaliyyətinin müəyyənləşdirilməsi, qarşısının alınması və araşdırılması, risklərin azaldılması.
Data analitikası və rəqəmsal transformasiya
Data analitikası və hesabat
Biznes barədə məlumatlılığın təmin edilməsi və qərar qəbul etmə prosesini dəstəkləmək üçün biznes və bazarda mövcud məlumatların, böyük verilənlərin (big data), relyasiyalı verilənlərin və qeyri-relyasiyalı verilənlərin dərindən qiymətləndirilməsi.
Müxtəlif Business Intelligence texnologiyalarından istifadə edərək oflayn və onlayn həllər.
Prosesin təkmilləşdirilməsi
Çətinlikləri və prosesə potensial maneə yaradan məsələləri müəyyən edən cari biznes prosesləri və prosedurlarının hərtərəfli qiymətləndirilməsi.
Müvafiq monitorinq və nəzarət mexanizmləri ilə tövsiyə olunan təfərrüatlı proseslər və tədarükçülər.
Hərtərəfli əlaqəli əsas performans göstəriciləri (KPIs) toplusu
Proseslərin avtomatlaşdırılması
Ən müasir texnologiyalardan istifadə edərək Təkmilləşdirilmiş proseslərin avtomatlaşdırılması
ERP (Müəssisə resurslarının planlaşdırılması) sistemlərinin tətbiq edilməsi
Satınalma, istehsal, anbar, logistika, maliyyə, İR, satış və onlayn satışı əhatə edən istehsal, təhsil, pərakəndə satış və xidmət göstərən müəssisələr üçün Təkmilləşdirilmiş Proseslərə əsaslanan ERP sisteminin tətbiqi
